Xəzər Xəbər

Dünyada koronovirusdan ölənlərin sayı 950 min nəfəri ötüb

Dünya | 17:03 • 18 Sentyabr 2020
Dünyada koronovirusdan ölənlərin sayı 950 min nəfəri ötüb

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 950 min nəfəri ötüb.


XəzərXəbər pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 17-də dünya üzrə 5 min 577 nəfər COVID-19 xəstəliyində həyatını itirib, bununla da ölənlərin ümumi sayı 950 min 988 nəfərə çatıb.


Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 30 milyon 375 min 397 yoluxma halı qeydə alınıb. Eyni zamanda, 22 milyon 60 min 16 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 358 min 964 xəstədən 61 min 349 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 874 min 596 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 5 milyon 214 min 677 nəfər. Braziliyada 4 milyon 457 min 443, Rusiyada 1 milyon 91 min 186, Peruda 750 min 98, Kolumbiyada 743 min 945 nəfər COVID-19 virusuna yoluxub.


Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 202 min 213 nəfər. İlk beşliyə daxil olan Braziliyada 135 min 31, Hindistanda 84 min 404, Meksikada 72 min 179, Böyük Britaniyada isə 41 min 705 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.


Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib./AZƏRTAC

Xəbər lenti