Xəzər Xəbər

Erməni təxribatı nəticəsində dağılan evlər yenidən tikilir VİDEO

Veb TV | 21:25 • 15 Avqust 2020
Erməni təxribatı nəticəsində dağılan evlər yenidən tikilir

Ermənistan silahı qüvvələrinin iyul ayında törətdiyi təxribat nəticəsində artileriya atəşi zamanı dağılan evlərin tikinti və bərpa işləri davam edirilir. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamdan qısa müddət sonra kəndlərdə təmizlik işlərinə başlanılıb. Artıq tikinti işlərinə də müəyyən ərazilərdə start verilib.

 

 

Tovuz rayon istiqamətində düşmənin artileriya atəşindən zərər çəkən kənd sakinlərinin dağılan və ziyan dəyən evlərində təmir-bərpa, tikinti işləri aparılır. Ümumilikdə 60 evə ziyan dəydiyi müəyyən edilib. Onun altısı yenidən tikilir. Hazırda Vahidli kəndində sürətli tinikti işləri gedir.

 

Yeni tikilən evlər əvvəlki görünüşündən tamamilə fərqli olacaq və müasir standartlara cavab verəcək.

 

İşlərin sürətli və keyfiyyətli şəkildə görülməsi sakinləri də razı salır. Düşmənin təxribatına baxmayaraq evini tərk etmyən Vahidli kəndinin sakinləri ordumuzun qüdrətinə arxalandıqlarını bildirirlər.

 

Sakinlərin sözlərinə görə onlar hər bir addımda dövlətimizə güvənirlər. Özləri də hər zaman dövlətə və ölkə rəhbərliyinə dəstək olduqlarını bildirirlər.

 

Qeyd edək ki, prosesin gedişatına və təhvil verilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Hazırda işlər davam etdirilir.

Xəbər lenti