Xəzər Xəbər

Dövlətdən qazimizə jest - Onun yaşadığı ev əsaslı təmir olunub VİDEO

Veb TV | 21:18 • 15 Avqust 2020
Dövlətdən qazimizə jest - Onun yaşadığı ev əsaslı təmir olunub

Ötən ay Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhəddində törətdiyi təxribat zamanı ağır yaralanan əsgər Nurlan Quliyevin Masallının Sığıncaq kəndində doğulub boya-başa çatdığı ev dövlət tərəfindən əsaslı təmir olunub. Bədəninin 5 yerindən qəlpə yarası alan Nurlanın indi yeganə arzusu yenidən ordu sıralarına qayıtmaqdır.

 

 

O, döyüş meydanında canını bu torpağa qurban deyib, düşmənə sinə gəlib. Dövlətimiz də nəinki onun, canını vətən uğrunda fəda edən hər bir qəhrəman övladın yanında durub.

 

Azərbaycan dövləti daim bax belə əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhəddində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil. O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yara alsa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub. Nurlanın müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb. Beləliklə, Masallının Sığıncaq kəndində qazinin doğlub boya-başa çatdığı ev dövlət tərəfindən əsaslı təmir olunub.

 

4 otaqdan ibarət mənzil tamamilə yenidən qurulub. Yeni dam örtüyü vurulub, döşəmə və tavan yenilənib, hamam və sanitar qovşaq tikilib. Eyni zamanda ev mətbəx mebeli, televizor və digər zəruri məişət avadanlıqları ilə təmin edilib. Həmçinin həyətdə yeni su quyusu qazılıb, darvaza qoyulub.

 

Qeyd edək ki, Bədəninin 5 yerindən qəlpə yarası alan Nurlanın yeganə arzusu yenidən ordu sıralarına qayıtmaqdır.

Xəbər lenti