Xəzər Xəbər

"Xəzər" TV sahibsiz heyvanları unutmadı VİDEO

Veb TV | 21:07 • 15 Avqust 2020
"Xəzər" TV sahibsiz heyvanları unutmadı

Hər il avqust ayının üçüncü şənbəsi dünyada "beynəlxalq evsiz heyvanlar günü" kimi qeyd olunur. Azərbaycanda da sahibsiz heyvanlara xidmət göstərən bir mərkəz fəaliyyət göstərir. Söhbət İDEA Heyvanlara Qayğı Mərkəzindən gedir. Xəzər TV-nin tanınmış simaları bu gün həmin mərkəzi ziyarət ediblər. Yeri gəlmişkən bu mərkəz 3 il əvvəl fəaliyyətə başlayıb və əsas missiyası cəmiyyətdə heyvanlara qarşı humanist münasibəti təşviq etməkdir.

 

Xəzər televiziyası sahibsiz heyvanları unutmadı. Kanalın tanınmış simaları bu gün "Beynəlxalq Evsiz Heyvanlar Günü" münasibətilə "İDEA" heyvanlara qayğı mərkəzində olublar. Bununla da hər kəsin diqqətini sahibsiz heyvanlara çəkiblər.

 

Mərkəzi ziyarət edən aparıcılar heyvanları yemləyib, onlara öz sevgilərini nümayiş etdiriblər. Ziyarət maraqlı görüntülərlə yadda qalıb

 

Qeyd edilib ki, sahibsiz heyvanlara qarşı diqqət hər zaman vacibdir.

 

İDEA heyvanlara qayğı mərkəzinin piar meneceri Heyran Hüseynova Kalender bildirib ki, mərkəzdə indiyə qədər 6000 dən çox heyvana xidmət göstərilib.

 

Heyran Hüseynova Kalender deyir ki, könüllülər tərəfindən aşkar edilən sahibsiz heyvanlar mərkəzə təhvil verilir. İstənilən insan mərkəzdəki heyvana sahiblənə bilər. İndiyədək tənha insanlarla müqayisədə, sahiblənmək məqsədilə daha çox ailələr müraciət ediblər.Maraqlı məqam ondan ibarətdir ki, bir neçə il bundan əvvəl xeyriyyə aksiyasında iştirak məqsədilə mərkəzə gəlmiş 3 almaniyalı həkim müalicə edilmiş 3 itə sahiblənib.

 

Qeyd edək ki, həydər əliyev fondunun vitse prezidenti və idea ictimai birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən yaradılan İdea heyvanlara qayğı mərkəzi 2017-ci ilin martında fəaliyyətə başlayıb.

Xəbər lenti