Xəzər Xəbər

Sürücülərin DİQQƏTİNƏ: Burda avtomobil saxlayanlar cərimələnəcək - VİDEO

Veb TV | 20:46 • 15 Avqust 2020
Sürücülərin DİQQƏTİNƏ:

Bakı Dəmiryolu Vağzalının yaxınlığında nəqliyyat vasitəsini park edərkən daha diqqətli olmaq tövsiyə edilir. Çünki, Bakı Nəqliyyat Agentliyi tərəfindən dayancaqdan bir neçə metr aralı, yəni yolun hərəkət hissəsində avtomobilini park edən sürücülərin cərimə olunmasına başlanılıb.

 

 

Sürücülər avtomobillərini yolun düz hərəkət hissəsində park ediblər.Elə bu səbəbdən də 2 hərəkət zolağından ibarət olan yolda hərəkət edən digər nəqliyyat vasitələri ya qarşı zolağa keçirlər, ya da yolda dayanaraq tıxaca səbəb olurlar.

 

 

Bura Bakı Dəmiryolu Vağzalının yaxınlığıdır. Xüsusən də günün pik saatlarında bu yoldan keçmək müşkülə çevrilir. Səməd Vurğun parkı istiqamətindən gələn sürücülər üzü Dövlət Neft və Sənaye Universiteti istiqamətinə getməkdə çətinlik çəkirlər. Artıq bir neçə gündür ki, mövcud problemi aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə cəlb olunublar. Elə çəkiliş zamanı da Bakı Dəmiryolu Vağzalının yaxınlığında olan avtomobil dayanacağından kənarda, yolun hərəkət hissəsində nəqliyyat vasitəsini saxlayıb qayda pozan sürücülərə rast gəldik.

 

 

Bəzi sürücülər isə dayanacaq nəzarətçilərinin bu ərazidə qanuni saxlamaq olduğunu və buna görə ödəniş də etdiklərinin bildirir.

 

 

Bakı Nəqliyyat agentliyinin mətbuat katibi Mais Ağayev bildirir ki, son on gün ərzində ərazidə araşdırmalar aparılıb. Məlum olub ki, dayanma-durma qaydalarının ən çox pozulduğu yerlərdən biri də bu ərazidir. Minik avtomobillərinin harda gəldi park edilməsi səbəbindən marşurt avtobuslarının hərəkətində də problemlər yaranır.

 

 

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları bu ərazidə qayda pozan sürücülər barəsində sərt tədbirlər görməyə başlayıb. Belə ki, əməkdaşlar avtomobilini yolun hərəkət hissəsində park edən şəxlərin nəqliyyat vasitəsini xüsusi proqram təminatı olan planşetlə çəkərək barələrində cərimə tətbiq edirlər.

 

Qeyd edək ki, həmin sürücülər inzibati xətalar məcəlləsinin 346.1-ci maddəsi ilə yəni, dayanma- durma qaydalarının pozulmasına görə 20 manat miqdarında cərimə edilirlər. Bununla yanaşı, hərəkətə maneə olan nəqliyyat vasitələri evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırlır. Mais Ağayev sürücüləri qaydalara əməl etməyi, xüsusi ilə də marşurt avtobuslarının hərəkətinə mane olmamağı tövsiyə edir.

Xəbər lenti