Xəzər Xəbər

Türkiyədə koronavirusa yoluxanların sayı 246 minə yaxınlaşır

Dünya | 15:20 • 15 Avqust 2020
Türkiyədə koronavirusa yoluxanların sayı 246 minə yaxınlaşır

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca koronavirus yoluxmalarında ölüm, intubasiya edilən və sağalan xəstələrin sayına dair açıqlama verib.



Türkiyə mətbuatı xəbər verir ki, qardaş ölkədə yoluxma sayında artım müşahidə olunur. Gündəlik koronavirus cədvəlini paylaşan nazir ağır xəstə sayının artdığını bildirib.


70 milyon əhalisi olan Türkiyədə dünən 66 892 min test aparılıb, 1 243 yoluxma faktı qeydə alınıb, 21 nəfər dünyasını dəyişib, 968 pasiyent sağalıb.


Qeyd edək ki, bu günədək Türkiyədə 5 521 880 test aparılıb. Onlardan 245 635-nin cavabı pozitiv çıxıb. İndiyədək 5 912 nəfər COVID-19-dan dünyasını dəyişib, 228 057 nəfər xəstəliyə qalib gəlib, ağır xəstə sayı isə 647-dir.

Xəbər lenti