Xəzər Xəbər

TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama

Gündəm | 12:02 • 15 Avqust 2020
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama

"Rusiyada qeydiyyatdan keçən peyvənd məsələsinə gəlincə, hər bir vaksin əvvəlcə 3 mərhələli yoxlamadan keçməlidir. Həmin vaksin də beynəlxalq səviyyədə yoxlanışdan keçmədiyindən bu gün üçün həmin ölkə ilə heç bir danışıq getmir". 


Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 


TƏBİB rəsmisi bildirib ki, məlumatlar ümidverici olsa da hələ ki konkret bir söz demək çox tezdir: "Hələ həmin vaksinin yoxlanılması və immunitetin güclənməsi üçün hansı təsiri olub-olmaması dəqiqləşdikdən sonra bu barədə nəsə addım atmaq barədə düşünmək olar".

Xəbər lenti