Xəzər Xəbər

Şöbə müdiri Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət etdi

Gündəm | 11:41 • 15 Avqust 2020
Şöbə müdiri Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət etdi

"Mömin insanların inanclarına çox hörmətlə yanaşırıq”.


Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


"Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn Məhərəm ayı ilə bağlı keçiriləcək dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik. Biz vətəndaşlarımızın və inanclı şəxslərin müəyyən olunan qaydalara riayət edəcəyini gözləyirik”, - o qeyd edib.

Xəbər lenti