Xəzər Xəbər

Çempionlar Liqası: Bu gün son yarımfinalçı müəyyənləşəcək

İdman | 10:46 • 15 Avqust 2020
Çempionlar Liqası: Bu gün son yarımfinalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.


Bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Fransa "Lion"u qarşılaşacaq. Görüş Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade” stadionunda baş tutacaq.


Niderlandlı FIFA referisi Denni Makkelinin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


"Şəhərlilər"in heyətində argentinalı hücumçu Serxio Aquero zədə səbəbindən oyunu buraxacaq. Liqa 1 təmsilçisində isə itki yoxdur.


Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.


Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.


13 avqust


Çempionlar Liqası, 1/4 final


23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

Baş hakim: Denni Makkeli

Portuqaliya, Lissabon. "Joze Alvalade” stadionu

Xəbər lenti