Xəzər Xəbər

Maliyyə Nazirliyi inzibati binaları üçün sığortaçı seçir

İqtisadiyyat | 15:08 • 14 Avqust 2020
Maliyyə Nazirliyi inzibati binaları üçün sığortaçı seçir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2 lot üzrə açıq tender elan edib.


XəzərXəbər xəbər verir ki, birinci lot Nazirliyin və tabeliyindəki qurumların inzibati binalarının (Daşınmaz əmlakın icbari sığortası üzrə) sığortalanmasının, ikinci lot isə inzibati binasındakı Cisco sisteminə 6 ədəd "Cisco Webex” lisenziyalarının satınalınmasını nəzərdə tutur. 


Tenderlərdə iştirak haqqı müvafiq olaraq 500 manat və 100 manatdır.


Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.


Tenderdə iştirak haqqı Portalda "ASAN ödəniş” sistemi ilə ödənilməlidir.


İştirak haqqı heç bir halda geri qaytarılmır.

Xəbər lenti