Xəzər Xəbər

Mərkəzi Bank 100 milyon manat cəlb edir

İqtisadiyyat | 14:37 • 14 Avqust 2020
Mərkəzi Bank 100 milyon manat cəlb edir

Avqustun 17-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.


XəzərXəbər xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür.


"Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-6,74 faiz təşkil edir.

Xəbər lenti