Xəzər Xəbər

Braziliyada COVID-19-dan daha 265 nəfər ölüb

Dünya | 11:01 • 14 Avqust 2020
Braziliyada COVID-19-dan daha 265 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.


Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka koronavirusdan 265 nəfər vəfat edib, ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.


Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanlardan 2 309 477 nəfər sağalıb.


Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır./Report

Xəbər lenti