Xəzər Xəbər

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça" ilə razılıq əldə etdi

İdman | 12:29 • 13 Avqust 2020
"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça" ilə razılıq əldə etdi

Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçlə razılıq əldə edib.


Turkiyə nəşri xəbər verir ki, 33 yaşlı qolkiper İstanbul təmsilçisində əsas heyət üzvü olacaq.


"Fənərbağça" transfer üçün Premyer Liqa ilə vidalaşan "Bornmut"la da ilkin razılığa gəlib.


Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib.

Xəbər lenti