Xəzər Xəbər

Fransa klubu sürpriz şəkildə Çempionlar Liqasının qrupuna vəsiqə qazandı

İdman | 15:14 • 12 Avqust 2020
Fransa klubu sürpriz şəkildə Çempionlar Liqasının qrupuna vəsiqə qazandı

UEFA Avropa Liqasında yarımfinalçılar aydınlaşandan sonra "Renn” klubu növbəti mövsüm Çempionlar Liqasında birbaşa iştirak etmək haqqı qazanıb.


UEFA Avropa Liqasında yarımfinala yüksələn "İnter”, "Mançester Yunayted”, "Şaxtyor" (Donetsk) və "Sevilya” liqalarında keçən mövsüm əldə etdikləri nəticələrlə Çempionlar Liqasında iştirak etmə haqqı qazanmışdı. Bu klubların növbəti mərhələyə yüksəlməsi ilə Fransa Liqasının bürünc medalçısı Çempionlar Liqasında birbaşa iştirak edə biləcək.


Belə ki, keçən mövsüm Fransa Liqasında üçüncü pillədə qərarlaşan "Renn” 2020-2021 mövsümündə UEFA Çempionlar Liqasının qruplarında yer alacaq./Offsideplus.az

Xəbər lenti