Xəzər Xəbər

Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər

Texnologiya | 17:41 • 11 Avqust 2020
Araşdırma:

"Microsoft" şirkəti 2020-ci ilin əvvəlində "Windows 7" əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması haqqında rəsmi açıqlama vermişdi. ABŞ şirkəti sözügedən sistemin texniki dəstəyini dayandırsa da, statistikaya əsasən, istifadəçilər masaüstü WS-nin aktual versiyasına keçməyə tələsmirlər.


XəzərXəbər ictnews.az-a istinadən bildirir ki, "NetMarketShare" analitik resursunun məlumatına görə, "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüter və noutbukların bazar payı son dərəcə cüzi templə azalır. İlin əvvəlində əməliyyat sistemi qurğuların 25,56%-nə quraşdırılmışdısa, indi bu göstərici 23,34% təşkil edir.


Eyni zamanda bu günlərdə 5 illiyini qeyd etmiş "Windows 10" sistemi 1 milyard aktiv istifadəçiyə sahibdir. Statistikaya görə, "Windows 10" sistemi kompüterlərin 59,37%-nə quraşdırılıb. Bu halda "Windows 8.1" əməliyyat sisteminin bazar payı 2,87% təşkil edir.

Xəbər lenti