Xəzər Xəbər

İbrahimoviç daha bir il "Milan"da

İdman | 17:02 • 11 Avqust 2020
İbrahimoviç daha bir il "Milan"da

Zlatan İbrahimoviç "Milan"la yeni müqavilə imzalamağa hazırlaşır.


Tərəflər arasında şifahi razılıq əldə olunub. 38 yaşlı futbolçu ilə imza mərasimi bu həftə baş tutacaq.


İsveçli ulduz yeni müqaviləyə əsasən həftədə 104 min funt-sterlinq qazanacaq.


Xatırladaq ki, yanvarda "Milan"a keçən İbrahimoviç iştirak etdiyi 20 oyunda 11 qol və 5 ötürmə ilə yadda qalıb./Offsideplus.az

Xəbər lenti