Xəzər Xəbər

Ceyhun Bayramov: "Türkiyə ilə münasibətlərin genişlənməsi prioritetimizdir"

Gündəm | 14:03 • 11 Avqust 2020
Ceyhun Bayramov: "Türkiyə ilə münasibətlərin genişlənməsi prioritetimizdir"

"Bu ilin sonu icrası tamamlanacaq Cənub Qaz Dəhlizi və onun əsas tərkib hissəsi olan TANAP layihəsi ilə bağlı müzakirə aparılıb".


Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə bildirib. 


"Türkiyə ilə münasibətlərin genişlənməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Bu münasibətlərin inkişafında iki ölkə rəhbərinin şəxsi dostluq münasbətləri, aralarındakı səfərlər xüsusi önəm kəsb edir. Bu gün hərtərəfli dinamik inkişafın müzakirəsi aparıldı. Çoxsaylı enerji və nəqliyyat məsələləri müzakirə edilib", - nazir deyib. 

Xəbər lenti