Xəzər Xəbər

"Borussiya" cəbhəsindən "Mançester Yunayted"i üzən qərar

İdman | 13:21 • 11 Avqust 2020
"Borussiya" cəbhəsindən "Mançester Yunayted"i üzən qərar

"Borussiya" adı "Mançester Yunayted"lə hallanan Ceydon Sançonu komandada saxlamağa qərar verib.


 


Bu barədə Dortmund təmsilçisinin idman direktoru Mixael Çork bildirib:


 


"Sanço gələn mövsüm də bizimlə olacaq. Son qərarımız belə oldu. Onun maaşını ötən artırıb, müqaviləsini 2023-cü ilə qədər uzatmışdıq".


 


"Borussiya" ingilis futbolçunu 2017-ci ildə "Mançester Siti"nin akdemiyasından 8 milyon avroya transfer edib. 20 yaşlı vinger ötən mövsüm 44 oyunda 20 qol vurub, 20 məhsuldar ötürmə edib.

Xəbər lenti