Xəzər Xəbər

ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu keçdi

Dünya | 18:10 • 10 Avqust 2020
ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu keçdi

ABŞ-da son 24 saatda 46 mindən çox insan COVID-19 virusuna yoluxub.


Cons Hopkins Universitetinin məlumatına görə bununla da pandemiya başlayandan etibarən ölkədə yoluxanların sayı 5 045 564 nəfərə çatıb. Bunlardan 162 mindən çoxu dünyasını dəyişib.


Xatırladaq ki, koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə ABŞ böyük fərqlə birinci yerdədir.

Xəbər lenti