"Liverpul" yeni futbolçu ilə anlaşıb.
"Sky Sports" xəbər verir ki, "qırmızılar" Yunanıstan "Olimpiakos" klubunun sol cinah müdafiəçisi Kostas Çimikası transfer edib. Mersisaydlılar bu keçid üçün Afina təmsilçisinə 11,75 milyon funt-sterlinq təzminat ödəyib.
Yunanıstan millisinin üzvü 2014-cü ildən "Olimpiakos"da çıxış edirdi. 24 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 46 oyunda 7 məhsuldar ötürmə edib.