Xəzər Xəbər

Məşhur müğənni ikinci dəfə ana olacaq

Şou Biznes | 14:47 • 10 Avqust 2020
Məşhur müğənni ikinci dəfə ana olacaq

Altı il əvvəl evlənən və bir uşaq anası olan türkiyəli məşhur müğənni Petek Dinçöz ikinci övladına hamilə qaldığını deyib.

Müğənni bu barədə "Instagram” hesabında paylaşım edib.

O, çəhrayı rəngli körpə corablarının fotosunu paylaşaraq, izləyicilərini şad xəbərlə sevindirib.

Xatırladaq ki, Dinçöz 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ilə ailə həyatı qurub.

 oxu.az

Xəbər lenti