Xəzər Xəbər

"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu

İdman | 12:10 • 10 Avqust 2020
"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib. 


Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. O, qarşılaşmanın böyük ehtimalla avqustun 18-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacağını söyləyib. Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb.  


Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda baş tutacaq. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək. 

Xəbər lenti