Xəzər Xəbər

Peşə təhsiliylə bağlı tələbə qəbulu 120 ixtisas üzrə aparılacaq

Gündəm | 11:51 • 10 Avqust 2020
Peşə təhsiliylə bağlı tələbə qəbulu 120 ixtisas üzrə aparılacaq

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq. Peşə təhsili müəssisələrində 18270 yer açıq olacaq. Bunlardan 11 mini dövlət sifarişli yerlərdir.


XəzərXəbər xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, ilk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq: "Peşə təhsili pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə Təhsili haqqında" Qanuna əsasən, peşə təhsil müəssisələrində subbakalavr dərəcəsi üzrə tələbə qəbulu aparılması nəzərdə tutulur".

Xəbər lenti