Xəzər Xəbər

MDB müşahidə missiyası: Belarusdakı seçkilər şəffaf keçib

Dünya | 11:42 • 10 Avqust 2020
MDB müşahidə missiyası: Belarusdakı seçkilər şəffaf keçib

"Belarusdakı prezident seçkiləri şəffaf, rəqabət ortamında keçib, vətəndaşların iradələrini bildirməyi təmin edib”.


"RİA Novosti” xəbər verir ki, bunu müşahidə müssiyasının rəhbəri Sergey Lebedev deyib.  


Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib./report

Xəbər lenti