Xəzər Xəbər

Məktəblərin açılması nə zamana planlaşdırılır? RƏSMİ AÇIQLAMA

Gündəm | 12:02 • 8 Avqust 2020
Məktəblərin açılması nə zamana planlaşdırılır?

Məktəblərin, tədrisin bərpası çox önəmli məsələdir.

Bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bir neçə həftədir ki, bunun üzərinə işlər aparılır, dünya təcrübəsi öyrənilir:

"Bildiyimiz kimi müxtəlif ölkələrdə virus müxtəlif cür yayılır. Digər bir amil isə rəqəmlərin dəyişməsidir, bu gün bir qərar veririk, amma növbəti gün rəqəmlər dəyişir. Tədrisin bərpası ilə bağlı müzakirlər gedir, böyük bir heyət yaradılıb. Növbəti həftələrdə bununla bağlı brifinq keçiriləcəkdir.


Xəbər lenti