Xəzər Xəbər

Tramp vəd verdi: İran və Şimali Koreya ilə sürətli müqavilə

Dünya | 12:22 • 8 Avqust 2020
Tramp vəd verdi:

ABŞ prezidenti Donald Tramp hesab edir ki, yenidən prezident seçilsə, çox tez müddətdə İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə razılaşmaya nail olacaq.


Bu barəd ABŞ mətbuatı xəbər verir.


"Nə vaxt ki, biz qələbə qazanacağıq və əgər biz qələbə qazansaq, çox tez müddətə İranla saziş bağlayacağıq. Biz çox tez Şimali Koreya ilə saziş bağlayacağıq", - Nyu-Cersi ştatında mətbuat konfransında ABŞ lideri bildirib.


"Əgər mən 2016-cı ildə seçkiləri udmasaydım, indi bizim ölkəmiz Şimali Koreya ilə müharibə vəziyyətində olardı. Mümkündür, əlbəttə ki, o artıq və bu vaxtda bitərdi", - ABŞ rəhbəri deyib. "Amma bu, çox xoşagəlməz müharibə olardı", - Tramp əlavə edib.


Tramp hesab edir ki, həyata keçirdiyi siyasət sayəsində indi vəziyyət bunun tam əksidir. "İndi bizim həqiqətən Şimali Koreya ilə münasibətlərimiz var, əslində əvvəlki administrasiyalar bunu etməyə müvəffəq olmurdu", - Tramp vurğulayıb.


"İran çox istəyir ki, bizimlə saziş bağlasın", - Ağ Ev başçısı deyib./report

Xəbər lenti