Xəzər Xəbər

Livan Prezidenti: "Partlayışda xarici müdaxilə ehtimalı da var"

Dünya | 16:51 • 7 Avqust 2020
Livan Prezidenti: "Partlayışda xarici müdaxilə ehtimalı da var"

Livan Prezidenti Mişel Aun Beyrut limanınıdakı partlayışın səbəbləri arasında xarici müdaxiləni istisna etməyib.

 

"Reuters"ın verdiyi xəbərə görə, Livan Prezidenti bu barədə yerli mətbuata bildirib. 

 

"Partlayışın səbəbi hələ müəyyənləşməyib. Raket, bomba və ya başqa bir hərəkət vasitəsi ilə xarici müdaxilə ehtimalı da var", - deyə Mişel Aun deyib. 

 

Livan Prezidenti bildirib ki, avqustun 4-də baş verən partlayışla bağlı tədqiqat üç səviyyədə aparılır: "Birincisi, partlayıcı maddənin ora necə daxil olması və saxlanılması... İkincisi, partlayışın səhlənkarlıq və ya qəza nəticəsində baş verib-verməməsi və nəhayət, üçüncüsü, xarici müdaxilənin olması ehtimalı", - deyə Prezident bildirib. 

 

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 157 nəfər ölüb, 5 000-dən çox insan yaralanıb, onlarla insan itkin düşmüş sayılır./apa

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti