Xəzər Xəbər

Zidan Beyli iştirak ərizəsinə salmadı

İdman | 16:02 • 6 Avqust 2020
Zidan Beyli iştirak ərizəsinə salmadı

"Real"ın "Mançester Siti" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün iştirak ərizəsi açıqlanıb.


Komandanın baş məşqçisi Zinəddin Zidan İngiltərədə keçiriləcək matç üçün uelsli vinger Qaret Beyli sifariş etməyib.


Bu səbəbdən 31 yaşlı futbolçu "kral klubu"na kömək etməyəcək. İlk matçda qırmızı vərəqə alan Serxio Ramos da kənarda qalacaq.


Cütün ilk görüşündə "Real" 1:2 hesabı ilə uduzub. Cavab oyunu avqustun 7-də keçiriləcək.

Xəbər lenti