"Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edirlər”.
Bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur fikri yanlışdır”,- o bildirib.
Qeyd edək ki, iclasda deputat Aqil Abbas Səhiyyə Nazirliyinin fəaliyyətini sərt tənqid edib. O deyib ki, vaxtilə əlilliyi Tibbi Sosial Ekspert Komissiyası (TSEK) verirdi: "Öz işçilərinə inanmadılar əlilliyin təyinatını Səhiyyə Nazirliyinə verdilər. Guya ki, Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdı. Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.