Xəzər Xəbər

Deputatdan operativ qərargaha müraciət: “Rayonlara gediş-gəliş açılsın”

Gündəm | 13:59 • 6 Avqust 2020
Deputatdan operativ qərargaha müraciət:

Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib. 


XəzərXəbər-in xəbərinə görə, F.Mustafa bildirib ki, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur. 


"Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma  nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, - deyə F.Mustafa əlavə edib. 


Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır:


"Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”. 

Xəbər lenti

Çox oxunanlar