Xəzər Xəbər

Fransada bir gündə 1,7 minə yaxın yoluxma qeydə alınıb

Dünya | 11:41 • 6 Avqust 2020
Fransada bir gündə 1,7 minə yaxın yoluxma qeydə alınıb

Fransada koronavirusa yoluxanların sayı son günlər yenidən artmaqdadır.


Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün 1 695 nəfərdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.


Bununla da, epidemiya başlayandan ölkədə koronavirusa yoluxanların 194 029 nəfərə çatıb.


Bildirilib ki, son sutka ərzində koronavirusdan 9 ölüm faktı qeydə alınıb.


Beləliklə Fransada 30 305 nəfər COVID-19 epidemiyasından dünyasını dəyişib.


Xəstəxanalarda isə hələ də 5 148 pasiyent müalicə alır.

Xəbər lenti

Çox oxunanlar