Xəzər Xəbər

Neft Fondunun xərcləri artırılır

İqtisadiyyat | 15:18 • 3 Avqust 2020
Neft Fondunun xərcləri artırılır

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 041,5 mln manat  və ya 40,7% az nəzərdə tutulur.


XəzərXəbər bu barədə ARDNF-nin 2020-ci il üzrə yenidən baxılmış büdcəsi layihəsinə istinadən xəbər verir.


Fondun xərcləri isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 850 mln manat və ya 7,4% çoxdur.


Beləliklə, ARDNF-nin xərcləri 12 410,0 mln manat, gəlirləri 7 342,6 mln manat nəzərdə tutulur.Fondun büdcəsində 5 067,4 mln manat defisit yaranacaq.


Fondun xərclərində artım büdcəyə transfertlərin artması ilə bağlıdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti