Xəzər Xəbər

Avronun dollara qarşı məzənnəsi dördaylıq maksimuma çatıb

İqtisadiyyat | 12:53 • 15 İyul 2020
Avronun dollara qarşı məzənnəsi dördaylıq maksimuma çatıb

Avropa İttifaqının bir çox ölkəsinin COVID-19 pandemiyasına qarşı stimullaşdırıcı paketinin qəbul edəcəyi ümidləri fonunda bu gün avronun ABŞ dollarına qarşı məzənnəsi dördaylıq maksimuma çataraq 1,14 dollar təşkil edib.


Xezerxeber.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, son aylar ərzində dolların məzənnəsi virusa qarşı vaksinin düzəldilməsi xəbərləri və ABŞ-da inflyasiyanın artımı fonunda nisbətən stabil idi.


Qeyd edək ki, hazırda dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1440 dollar təşkil edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti