Xəzər Xəbər

Naftalan və Cəlilabadda ağır yol qəzaları - 4 ölü, 4 yaralı var

Veb TV | 09:04 • 15 İyul 2020
Naftalan və Cəlilabadda ağır yol qəzaları -

Minik avtomobillərinin toqquşması 3 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb. 27 yaşlı Orxan Həsənəliyevin idarə etdiyi minik avtomobili 24 yaşlı Camal Dadaşovun minik maşını ilə toqquşub. Hadisə zamanı 1 qadın, 2 kişi olmaqla, 3 nəfər dünyasını dəyişib. Hər iki sürücü və 2 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Cəlilabadda velosiped sürən azyaşlını minik avtomobili vuraraq öldürüb. Hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini, 61 yaşlı Mehman Məmmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti