Xəzər Xəbər

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb

Region | 18:39 • 14 İyul 2020
Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli fəaliyyət göstərən idman zalı aşkarlayıblar. "Fithouse” adlı trenajor zalının fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov barələrində qanuna müvafiq qaydada tədbir görülüb.

Xəbər lenti