Xəzər Xəbər

Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb - FOTO

Cəmiyyət | 15:35 • 14 İyul 2020
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb -

Paytaxtın Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi "Kənd ocağı” restoranının müştərilərə yerində xidmət göstərdiyi məlum olub. Obyektə baxış zamanı restoranın sahibi və daha 10 müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətiriliblər.


Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştəriləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. Obyektin sahibinə və müştərilərə ciddi xəbərdarlıq edilib. Bildirilib ki, xüsusi karantin rejimi dövründə belə bir hal təkrarlanacağı təqdirdə onlar inzibati qaydada həbs olunacaqlar.

Xəbər lenti