Xəzər Xəbər

Ronaldo "Yuventus"da qalacaq

İdman | 18:24 • 13 İyul 2020
Ronaldo "Yuventus"da qalacaq

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo komandada qalacaq.


Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.


Bildirilir ki, bir ara Turin klubunu tərk edəcəyi ilə bağlı söz-söhbət gəzən portuqaliyalı superulduz hazırkı komandasındakı gələcəyinə şübhə etmir. 35 yaşlı forvard "qoca sinyora" ilə uğur qazanmağa köklənib, xüsusən də, "Qızıl buts" qazanmaq arzusundadır.


Qeyd edək ki, Kriştianu Ronaldonun "Yuventus"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Xəbər lenti