Xəzər Xəbər

Pomidor bahalaşıb - Səbəb nədir? - VİDEO

Veb TV | 08:36 • 12 İyul 2020
Pomidor bahalaşıb -

Yay gəldi, havalar isindi, ancaq pomidor ucuzlaşmaq əvəzinə daha da bahalaşdı.

Xezerxeber.az-ın məlumatına görə, Gəncənin bazarlarında bu mövsümi tərəvəzin qiyməti qalxıb.

Alıcılar deyirlər ki, tezliklə qış mövsümü üçün konservləşmiş məhsullar hazırlanmalıdır. Ancaq bu qiymətlə pomidordan nəsə hazırlamaq sərfəli olmayacaq.

Vəziyyət o həddə çatıb ki, adətən xiyarla təxminən eyni qiymətə satılan pomidor ondan 4-5 dəfə bahadır. Satıcıların sözlərinə görə, baha qiymətlər onlar üçün də əlverişli deyil.

İstixanalarda pomidor becərən fermerlər isə deyirlər ki, bahalaşmanın obyektiv səbəbləri var. Artıq istixanalarda məhsul yığımı başa çatdığından bazara çxarılan pomidor azalıb. Qiymətlərin yenidən ucuzlaşması isə açıq sahələrdə əkilən pomidor bazarlara çıxarıldıqdan sonra mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar