Xəzər Xəbər

İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb - YENİLƏNİB

Region | 12:43 • 11 İyul 2020
İki gün əvvəl Kürdə batan şəxslərin meyiti tapılıb -

Kürdə batan şəxslərdən sonuncu şəxsin də meyiti tapılıb.


Xezerxeber.az-ın xəbərinə görə, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


11:30


İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Xəbər lenti