Xəzər Xəbər

İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

Dünya | 09:21 • 11 İyul 2020
İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

Amerika sahibkarı İlon Mask "Bloomberg” agentliyinin tərtib etdiyi milyarderlər reytinqində yeddinci yeri tutaraq "Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffeti geri qoyub.


Xezerxeber.az "Bloomberg” agentliyinə istinadla xəbər verir ki, cümə günü İlon Maskın sərvəti 6,1 milyard dollar artıb. Bu, onun "Tesla” şirkətinin səhmlərinin 11 faiz artması ilə əlaqədardır. İndi Maskın sərvəti 70,5 milyard dollar dəyərləndirilir. Uorren Baffetin sərvəti reytinq cədvəlinin 10-cu sırasındadır.


"Tesla”nın rəhbəri reytinqdə 70,4 milyard dollarla 8-ci sırada olan "Google” korporasiyasının yaradıcısı Sergey Brini və 70,2 milyard dollarla 9-cu sırada dayanan Hindistanın "Reliance Industries” holdinqinin sahibi Mukeş Ambanini geridə qoyub.


Reytinqin lider üçlüyündə Amerikanın "Amazon” korporasiyasının rəhbəri Ceff Bezos (189 milyard dollar), "Microsoft” korporasiyasının yaradıcılarından biri olan Bill Qeyts (116 milyard dollar) və "Facebook”un rəhbəri Mark Sukerberq (93 milyard dollar) yer alıb.

Xəbər lenti