Xəzər Xəbər

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu Çinə gedir

Dünya | 16:57 • 10 İyul 2020
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu Çinə gedir

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlər qrupu yeni növ koronavirusun mənşəyini öyrənmək üçün Çinə yola düşüb.


Xezerxeber.az Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.


Qrupun tərkibinə epidemioloq və zooloqların da daxil olduğu bildirilir.


İyulun 8-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus Çinə səfər edəcək ekspertlər qrupunun əsas vəzifəsinin təşkilatın rəhbərlik etdiyi beynəlxalq missiya üçün iş planı hazırlamaq olduğunu deyib. Ekspertlər virusun heyvan mənşəyi barədə araşdırma aparacaq və onun heyvanlardan insanlara necə keçdiyini müəyyən edəcəklər.

Xəbər lenti