Xəzər Xəbər

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Region | 13:01 • 10 İyul 2020
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 9-da saat 15 radələrində Qəbələ rayonunun Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi "VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti