Xəzər Xəbər

Çexiya Azərbaycanın yolu ilə gedir

Dünya | 12:42 • 10 İyul 2020
Çexiya Azərbaycanın yolu ilə gedir

Məlumdur ki, Azərbaycan xalqı hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Azərbaycan diasporunu dünyada bir yumruq kimi birləşdirən xaricdə yaşayan həmvətənlər tarixi Vətənlərində yaşayan vətəndaşlarla birgə həmin gün beynəlxalq birliyə açıq ismarıc göndərir – Azərbaycan xalqı bölünməzdir, yaxşı gündə də, pis gündə də həmrəydir!


Görünür, bu ismarıc ən azından Çexiyada da eşidilib və orada da bu yolla getmək qərarına gəliblər.


AZƏRTAC xəbər verir ki, bu günlərdə ölkənin Xarici İşlər naziri Tomaş Petrşiçek Nazirlər Kabinetinə "Xaricdə yaşayan çexiyalı həmvətənlər günü”nün rəsmi təqvimə salınmasını təklif etmək niyyətində olduğunu bildirib. Dünyanın müxtəlif ölkələrində yaşayan çexiyalı həmyerlilərin rolu Xarici İşlər nazirinin fikrincə, prinsipialdır. Bu, onun qənaətinə görə, həm Çexiyanın tarixinə, həm də müasir həyatına aid edilir. Buna görə də Tomaş Petrşiçek hesab edir ki, dünyada həmvətənlərin öz tarixi Vətənləri üçün nələr etdiyini daim xatırlamaq lazımdır. Əgər Çexiyanın baş diplomatının ideyası dəstəklənərsə, o halda "Xaricdə yaşayan çexiyalı həmvətənlər günü” təqvimdə 16-cı rəsmi əlamətdar gün olacaq.

Xəbər lenti