Xəzər Xəbər

Bakıda sərnişin avtobuslarında sıxlıq yaşanır - VİDEO

Veb TV | 08:44 • 10 İyul 2020
Bakıda sərnişin avtobuslarında sıxlıq yaşanır -

Vətəndaşlar səhər və axşam saatlarında avtobuslarda yaşanan sıxlıqdan şikayətçidirlər. Onların sözlərinə görə, günün pik vaxtları marşrutlarda o qədər sərnişin olur ki, ara məsafəsindən söhbət belə gedə bilməz. Hətta taxdıqları maskanın da bir mənası qalmır.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər isə intervalın 5-8 dəqiqə arasında olduğunu bildirirlər. Onların sözlərinə görə, avtobus tam dolana kimi sərnişin götürürlər. Daşıyıcı şirkətlər onlara bununla bağlı icazə verib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər Xəbər”ə bildirib ki, daşıyıcı şirkətlərə avtobusların sayının maksimum artırılması ilə bağlı xəbərdarlıq edilib. Həmçinin müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə ekspres xətlərin də iş qrafiki uzadılıb.

Mais Ağayev onu da bildirib ki, müntəzəm marşrut xətlərinin qrafikində heç bir dəyişiklik edilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti