Xəzər Xəbər

Avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir - VİDEO

Veb TV | 09:12 • 9 İyul 2020
Avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir -

Stasionar polis postlarının ləğv edilməsindən istifadə edərək, avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir. Daha sonra onlara cərimə yazılır.

Bunu "Xəzər Xəbər”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, hər bir vətəndaş yaşadığı yeri tərk etməzdən əvvəl mütləq icazə almalıdır, ya da mövcud sistemdə icazəsinin aktiv olub-olmadığını yoxlamalıdır. Kamran Əliyev əlavə edib ki, yoxlamalar zamanı icazəsi ləğv edilən, lakin bundan xəbərsiz olduğunu bildirən xeyli sayda hərəkət iştirakçısı aşkarlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti