Xəzər Xəbər

“Şahdağ” Milli Parkının ərazisində yanğın baş verib - VİDEO

Veb TV | 08:48 • 9 İyul 2020
“Şahdağ” Milli Parkının ərazisində yanğın baş verib -

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ” Milli Parkının ərazisində dörd hektar sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyind'n bildiriblər ki, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.


Xəbər lenti