Xəzər Xəbər

Azərbaycanda sosial sahə diqqət mərkəzindədir - VİDEO

Veb TV | 22:36 • 8 İyul 2020
Azərbaycanda sosial sahə diqqət mərkəzindədir -

Pandemiyaya baxmayaraq, Azərbaycanda heç bir sosial layihə təxirə salınmadı.

Xezerxeber.az-ın məlumatına görə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr ötən ilə nisbətdə daha çoxdur. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə isə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Məcburi köçkünlər üçün nəzərdə tutulan sosial dəstək tədbirləri də bu il rekord səviyyədə olacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nazilə Alməmmədovanın sözlərinə görə, bu il 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

İlin sonuna kimi isə Bakı və Sumqayıt şəhərləri üstünlük təşkil etməklə, ölkənin bir neçə şəhər və rayonunda minlərlə mənzil məcburi köçkünlərə təqdim ediləcək.

Ünvanlı sosial yardım alanların sayı da artırılıb və 85 min ailəyə çatdırılıb. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti