Xəzər Xəbər

Kürdəmirdə yeniyetmə Kürdə batıb - VİDEO

Veb TV | 08:30 • 9 İyul 2020
Kürdəmirdə yeniyetmə Kürdə batıb -

Kürdəmirdə 15 yaşlı oğlan Kür çayında boğulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə çayın Kürdəmir rayon, Mollakənd kəndi ərazisində keçən hissəsində baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Salam Baxşıyev həmyaşıdları və kənd sakinləri ilə Kürdə çimərkən anidən batıb.

Ətrafdakıların köməkliyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Anasının sözlərinə görə, oğlu üzməyi bilmirmiş.

Hadisə yerinə Kürdəmir rayon polis şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Salam Baxşıyevin meyiti batdığı yerdən bir neçə metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti