Xəzər Xəbər

Karantin rejimini pozan 31 nəfər cərimələnib, 3 nəfər həbs edilib - VİDEO

Veb TV | 08:16 • 9 İyul 2020
Karantin rejimini pozan 31 nəfər cərimələnib, 3 nəfər həbs edilib -

Paytaxtda karantin qaydalarını pozan kafe aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, "Sabunçu bazarı"nın içərisində qanunsuz fəaliyyət göstərən kafenin sahibi və 9 nəfər şəxs saxlanıb. Polis bölməsinə gətirilən şəxslər əməllərindən peşman olduqlarını bildiriblər. Onların hər biri 200 manat məbləğində cərimələniblər.

Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyət göstərən "Qarabağ" adlı kafedə də pandemiya əleyhinə qaydaları pozan şəxslər saxlanıb. Saxlananlardan 9 nəfər barəsində protokol tərtib edilərək cərimə olunub.

Masallıda da karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb ediliblər. Polis şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Masallı Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedib və orada karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilib, karantin rejiminin qayda və tələbləri onların diqqətinə çatdırılıb. Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimələniblər.

Abşeron rayonunda da yas mərasimində iştirak edən şəxslər saxlanıb. Rayonun Aşağı Güzdək qəsəbəsi ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı qəsəbə ərazisində yas mərasimində iştirak edən 8 nəfər məsuliyyətə cəlb olunub. Tutulan şəxslər polis bölməsinə gətirilib və barələrində protokol tərtib edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti