Xəzər Xəbər

Çində torpaq sürüşməsi nəticəsinə 8 nəfər itkin düşüb

Dünya | 17:19 • 8 İyul 2020
Çində torpaq sürüşməsi nəticəsinə 8 nəfər itkin düşüb

Çinin Hubey vilayətində mövsümi yağışların törətdiyi torpaq sürüşmələri nəticəsində 8 nəfər itkin düşüb.


Vilayət hökumətinin məlumatına əsasən, Huanmey qəzasında iyulun 8-də səhər erkən saatlarda baş verən sürüşmə nəticəsində 9 nəfər dağıntı altında qalıb. Xilasedicilər indiyədək yaşlı qadını dağıntı altından sağ çıxarıblar. Dağıtnı altında qalan 2 nəfərin isə yeri müəyyənləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.


Qeyd edək ki, iyulun 8-də Hubey vilayətində mövsüm yağışları ilə əlaqədar fövqəladə hazırlıq vəziyyətinin dərəcəsi 4-dən 3-ə yüksəldilib. Güclü yağışlar sel, daşqın, torpaq sürüşməsi, palçıq axını kimi fəsadlar törədib. Vilayətdə, ümumilikdə 2,55 milyon nəfər təbii fəlakətdən ziyan görüb, 65 min nəfər təxliyə edilib, xeyli əkin sahəsi və mindən çox evi su basıb, 400-dən ox ev isə tam dağılıb.

Xəbər lenti